Bu ölkədə qızıl mədəni çökdü: Ölənlər var

20:24 - 26 Mart 2024

Bu ölkədə qızıl mədəni çökdü: Ölənlər var

Qərbi Afrikanın  Liberiya şəhərində qeyri-qanuni qızıl mədəni çöküb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki,  çökmə River Cess əyalətində baş verib.

Mədən və Energetika naziri Wilmot Paye mədəndə işləyən 7 nəfərin çökmə nəticəsində öldüyünü açıqlayıb.

Qəza ilə bağlı istintaq başladıldığını bildirən Paye, bölgədə qeyri-qanuni fəaliyyət göstərən şirkətə qarşı qanunun tələb etdiyi şeyi edəcəklərini qeyd edib.

Qeyd edək ki, dünyanın ən kasıb ölkələrindən biri olan Liberiyada zəngin qızıl, almaz və dəmir mədənləri var.

Jalə

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin