Daha bir dünya ulduzu "Qalatasaray" yolunda - 20 milyon qiyməti var

18:50 - 26 Mart 2024

Daha bir dünya ulduzu

"Qalatasaray" daha bir dünya ulduzunu transfer edir.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ümidləri doğrultmayan Vilfried Zaha ilə yollarını ayırmağa hazırlaşan "Cim-Bom" "Əl-Nəssr"dən ayrılmaq istəyən Sadio Mane ilə danışıqlar aparır.

Məlumata görə, seneqallı forvard Səudiyyə Ərəbistanında özünü xoşbəxt hiss etmir və Avropaya qayıtmaq niyyətindədir. Artıq "Qalatasaray" Manenin meneceri ilə danışıqlara başlayıb. İstanbul klubu Çempionlar Liqasında oynayacağı üçün seneqallı ulduz Türkiyəyə yollana bilər. Menecer təklifə müsbət yanaşdıqlarını, mövsümün sonunda yekun qərarlarını verəcəklərini deyib.

Bundan əvvəl Səudiyyə Ərərbistandan olan jurnalist Halid bin Abdulaziz də Manenin "Qalatasaray"a transfer oluna biləcəyini yazıb. 

Qeyd edək ki, Mane karyerası ərzində Fransanın "Mets", Avstriyanın "Zalsburq", İngiltərənin "Sautqempton", "Liverpul", Almaniyanın "Bavariya" klublarnda çıxış edib. "Bavariya" ötən yay onu "Əl-Nəssr"ə 30 milyon avroya satıb. Hazırda 31 yaşlı forvarda "Transfermarkt" 20 milyon avro qiymıt qoyub.

Jalə

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin