Cəlilabadda qadın və 3 azyaşlı övladı itkin düşdü - FOTO

17:40 - 25 Mart 2024

Cəlilabadda qadın və 3 azyaşlı övladı itkin düşdü - FOTO

Cəlilabad rayonun Ləzran kəndində qadın və 3 azyaşlı övladı itkin düşüb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

"Onun boyu 152 sm, arıq bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin rəngi isə qaradır. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) nömrəsinə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.



Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin