Millimizin heyətində dəyişiklik

19:36 - 19 Mart 2024

Millimizin heyətində dəyişiklik

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

 

Manset.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.

Millimiz martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin