Bu ayın bütün sosial ödənişləri ödənildi

16:58 - 19 Mart 2024

Bu ayın bütün sosial ödənişləri ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib.

 

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Verilən xəbərə görə, bundan əvvəl, martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, martın 15-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin mart ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin