Tanınmış baş məşqçi Almaniya klubuna ömürlük üzv seçildi

16:46 - 19 Mart 2024

Tanınmış baş məşqçi Almaniya klubuna ömürlük üzv seçildi

Şotlandiyalı tanınmış baş məşqçi Ser Aleks Ferqyuson Almaniyanın "Ayntraxt" klubunun ömürlük fəxri üzvü olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Frankfurt klubunun sosial şəbəkə hesablarında məlumat yayılıb.

Bundesliqa təmsilçisi bu münasibətlə Ferqyusona 10 nömrəli forma hədiyyə edib.

82 yaşlı mütəxəssis Almaniya klubu ilə həmişə sıx təmasda olduğunu, "Ayntraxt"ın üzvü olmaqdan məmnunluq hissi keçirdiyini deyib. O, UEFA Kubokunun 1979/80 mövsümündə Şotlandiya "Aberdin"ini çalışdırarkən "Ayntraxt"la qarşılaşıb. Həmin matçda Ferqyusonun komandası məğlub olub.

Qeyd edək ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə "Mançester Yunayted"i çalışdırıb.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin