Cənubi Sudanda təhsil dayandırıldı - Bu səbəbdən

15:00 - 19 Mart 2024

Cənubi Sudanda təhsil dayandırıldı - Bu səbəbdən

Cənubi Sudanda həddindən artıq isti hava ilə əlaqədar bütün məktəblərdə təhsil dayandırılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Təhsil və Səhiyyə nazirliklərinin birgə verdiyi açıqlamada hava istiliyinin artması ilə əlaqədar məktəblərdə ehtiyat tədbirlərinin artırıldığı paylaşılıb.

Səlahiyyətlilər gün vurmasına qarşı diqqətli olmağı xahiş edib.

Cənubi Sudanda temperaturun 41 dərəcəyə yüksələcəyi proqnozlaşdırılsa da, isti dalğasının ən azı iki həftə davam edəcəyi gözlənilir.

Digər tərəfdən, uşaqların açıq havada oynamaması tövsiyə edilib və onlardan gün vurmasına qarşı diqqətli olmaları istənilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin