Bankda yaranan problemdən istifadə edib milyonlarla dollar çəkdilər

14:40 - 19 Mart 2024

Bankda yaranan problemdən istifadə edib milyonlarla dollar çəkdilər

Sistem nasazlığı nəticəsində Efiopiya Kommersiya Bankından təxminən 40 milyon dollar çıxarıldığı öyrənilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xüsusilə tələbələrin sıx marağı ilə pulun böyük hissəsinin çəkildiyi bildirilib.

Bankın sistemində nasazlıq yarandıqdan sonra əməliyyatlar bir neçə saat ərzində dondurulub və universitet tələbələri tərəfindən pulun çıxarılması ilə bağlı intensiv müraciətlər daxil olub.

Bu hadisədən sonra universitet şəhərciklərindəki bankomatlarda uzun növbələr yaranıb.

Qeyd edək ki, Efiopiya Kommersiya Bankı 82 il əvvəl yaradılıb və 38 milyondan çox müştəriyə xidmət göstərir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin