Gigi və Bella Hadidin qardaşı Ümrəyə getdi - FOTO

13:07 - 19 Mart 2024

Gigi və Bella Hadidin qardaşı Ümrəyə getdi - FOTO

Dünya şöhrətli, Fələstin əsilli amerikalı modellər Bella və Gigi Hadidin 24 yaşlı qardaşı Ənvər Hadid Ümrəyə gedib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ənvər Hadid bu barədə "Instagram" hesabında məlumat paylaşıb.

Ənvər Hadid paylaşımında "Bu, Allahın əmridir. Bu anlara görə sonsuza qədər minnətdaram", - deyib. 

Qeyd edək ki, Ənvər Hadid son zamanlar Dua Lipa ilə eşq macərası ilə gündəmə gəlib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin