Bakıda eyni rayon ərazisində fərqli qiymətə satılan mənzillər - ARAŞDIRMA (VİDEO)

00:00 - 19 Mart 2024

Bakıda eyni rayon ərazisində fərqli qiymətə satılan mənzillər - ARAŞDIRMA (VİDEO)

Paytaxtda MTK-lar tərəfindən eyni ərazidə bir kvadratmetri fərqli qiymətlərə mənzillər satışa çıxarılır.

 

Manset.az Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, inkişaf etmiş ölkələrin əksəriyyətində daşınmaz əmlakların tikildiyi şəhərlərə, ərazilərə hətta onların yerləşdiyi küçələrə görə vahid satış qiymətləri olur.

Onun sözlərinə görə, Bakıda isə mənzillərin satışı fərqli qaydada həyata keçirilir.

Ekspert qeyd edib ki, bəzi MTK-lar müxtəlif yollarla Bakıda yeni tikilən binalarda mənzillərin qiymətini süni şəkildə artırırlar.

Elnur Fərzəliyev onu da əlavə edib ki, bu sahədə sui istifadə hallarının qarşısını almaq üçün nəzarət mexanizmi gücləndirilməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin