Kral ailəsinə nə baş verir? - Müəmmalı xəbərlər yayılır

17:43 - 18 Mart 2024

Kral ailəsinə nə baş verir? - Müəmmalı xəbərlər yayılır

Son günlər Böyük Britaniya kral sarayı müəmmalı hadisələrlə gündəmə gəlir. 96 ​​yaşında vəfat edən II Elizabetin 70 il 7 ay 2 günlük hakimiyyətindən sonra taxta çıxan oğlu III Çarlzın ölüm xəbəri yayılıb. Bundan əvvəl kralın xərçəngə yoluxduğu və müalicə aldığı deyilirdi. Britaniyta

 

III Çarlzın ölümü ilə bağlı bu gün yayılan xəbərlər Bukingem sarayı tərəfindən təkzib olunub, monarxın səlahiyyətinin icrasını davam etdidiyi bildirilsə də, ətraflı məlumat verilməyib.

Manset.az İngiltərənin "The Sun" qəzetinə istinadən xəbər verir ki, BBC loqosunun rəngini qara rəngə dəyişdikdən və şahzadə Keyt Middltonun uzun müddət yoxa çıxmasından sonra Kral III Çarlzın ölməsi xəbəri də gündəmə gəlib. Britaniya kral ailəsinin əhəmiyyətli bir açıqlama verəcəyi ilə bağlı məlumat paylaşıldıqdan sonra İngiltərə kral ailəsinin nə açıqlayacağı araşdırılıb.

Keyt Middlton 2 ay ictimaiyyət arasında görünmədikdən sonra onun harada olduğu araşdırılıb. Keytin ölməsi barədə iddialardan və sosial media hesabında etdiyi fotoşopdan sonra media təfərrüatlar axtarmağa başlayıb. Əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilən Middleton uzun müddətdir ki, ictimaiyyət arasında görünmürdü. O, sosial media hesabında Analar Günündə foto paylaşsa da, fotoşop diqqəti çəkib.

Qəzet onun əməliyyatdan sonra ictimaiyyət qarşısına çıxdığını yazıb. Keyt və Uilyamın bir mağazaya girdikləri və uşaqları Corc, Şarlotta və Luilərin səhər idmanını izlədikləri nümayiş olunub.

Jalə

Manşet.az



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin