Qarik Xarlamovun şirkətinin hesabları BLOKLANDI

11:52 - 18 Mart 2024

Qarik Xarlamovun şirkətinin hesabları BLOKLANDI

Federal Vergi Xidməti komediya ustası Qarik Xarlamovun şirkətinin hesablarını bloklayıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Söhbət “Zdraste Priexali” adlı qida çatdırılması şirkətindən gedir. Yaxın günlərdə şirkətin ləğv olunma ehtimalı var. 

Məlumata görə, Xarlamov 2022-ci ilin mayında qida və içkilərin çatdırılması üçün şirkət yaradıb. Onun ögey bacısı, 24 yaşlı Alina Malaniya şirkətin rəhbəri olub. Biznesin uğurlu olmadığı ehtimal olunur. Çünki Federal Vergi Xidməti şirkətdən 2023-cü il üçün maliyyə hesabatlarını almayıb və vergi bəyannaməsinin olmaması səbəbindən hesabları bloklamaq qərarına gəlib.

Buna qədər 2023-cü ildə Xarlamovun restoran biznesində 3 milyon rubldan (54 min 600 AZN) çox itirdiyi açıqlanmışdı. Komediyaçının təsisçisi olduğu “Nevskie Melodies” şirkəti 3,2 milyon rubl (58 min 240 AZN itirib, şirkətin gəliri 29 milyon rubl (527 min 800 AZN) olub.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin