“Gecə qazandığım pulla səhər özümə“

18:01 - 10 Mart 2024

“Gecə qazandığım pulla səhər özümə“

Meyxanaçı Pərviz Bülbülə qazancı ilə bağlı maraqlı açıqlama verib.

 

Manset.az  Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Zarafat bir yana" verilişində danışıb.

Pərviz bildirib ki, illər əvvəl iştirak etdiyi məclisdən ona verilən 12 min manat qonorarla səhərisi gün özünə avtomobil alıb:

"Bu hadisə 11 il bundan əvvəl baş verib. Gecə pul qazanmışam, səhər isə özümə gedib VAZ 2107 markalı maşın almışam. Bir günə 12 min manat qazancım olub. Allah meyxanaçı Aydın Xırdalanlıya rəhmət elesin. O da bizlə bir məclisdə idi. Zəng vurub səhər saat 09:00-da dedi ki, "Yatmamısan?". Cavab verdim ki, "Yox gedirəm özümə maşın almağa". 


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin