Qurban Qurbanovu “Qalatasaray”, “Fənərbağça”ya istəyirlər... - Fotolar

17:00 - 8 Mart 2024

Qurban Qurbanovu “Qalatasaray”, “Fənərbağça”ya istəyirlər... - Fotolar

“Qarabağ”ın Avropa Liqasında inamlı çıxışı kluba olan diqqəti birə-beş artırıb.

 

Portuqaliya “Braqa”sını sıradan çıxarmasından sonra, 34 oyundur məğlubiyyət üzü görməyən “Bayer”i ilk hissədə 2:0 hesabı ilə məğlub etməsi, Almaniya təmsilçisinin yenilgidən son anda qurtulması Qurban Qurbanovun komandasını bir daha ön plana çıxarıb.

Bu mənada bır sıra nəşrlər “Qarabağ”ın möcüzəvi çıxışına yer ayırıb, o cümlədən ölkə xaricindən Ağdam klubu ilə bağlı sosial şəbəkələrdə kifayət qədər paylaşımlar edilib.

Bu paylaşımlarda Qurban Qurbanovun əməyi də yüksək qiymətləndirilib. Sosial şəbəkələrin Türkiyə seqmentində Qurbanovun İstanbul nəhənglərini çalışdırmaq potensialına sahib olduğu da vurğulanıb. Azarkeşlər təcrübəli mütəxəssisi “Qalatasaray”, “Fənərbağça”ya istəyiblər.

Bundan başqa, son çempionun hücumçusu Juninyo da diqqətdənkənar qalmayıb. Onun tezliklə yaxşı qiymətə transfer ediləcəyi ehtimal edilib.

Manset.az “Qafqazinfo”ya istinadən “Qarabağ”la bu məqamda o paylaşımlardan bəzilərini təqdim edir:



Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin