Gəncədə 64 yaşlı kişi xəstəxanada intihar etdi

16:49 - 3 Mart 2024

Gəncədə 64 yaşlı kişi xəstəxanada intihar etdi

Gəncədə 64 yaşlı kişi xəstəxanada özünü asaraq intihar edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Terapiya 1 şöbəsində baş verib.

Belə ki, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olan Mahmudov Müzahir Mahal oğlu özünü həmin şöbənin 230-cu palatasında elektrik uzadıcı naqil ilə yataqdan asaraq intihar edib.

Bildirilib ki, M. Mahmudov ötən ayın 23-ü “bel və digər fəqərəarası disklərinin radikilopohiyası” diaqnozu ilə xəstəxanaya daxil olmuşdu.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin