Rövnəq Abdullayevin səhhətində problem yarandı

18:05 - 10 Yanvar 2024

Rövnəq Abdullayevin səhhətində problem yarandı

Sabah Gəncədə keçirilməli olan AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb.

 

Federasiyadan Manset.az-a  verilən məlumata görə, iclas AFFA prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşməsi səbəbindən təxirə düşüb.

Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli bildirib ki, tədbirin nə vaxt keçiriləcəyi barədə də məlumat veriləcək: 

“Rövnəq Abdullayevin səhhətində problem yarandığı üçün tədbir baş tutmayacaq. Çünki özü şəxsən iştirak etmək istəyirdi. Bu gün bildirdi ki, Gəncəyə gedə bilməyəcək”. 


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin