SOCAR-da yüksək vəzifəyə TƏYİNAT

21:36 - 28 Dekabr 2023

SOCAR-da yüksək vəzifəyə TƏYİNAT

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəhbəri dəyişib.

 

Manset.az  banker.az-a istinadən bildirir ki, idarəyə Rəşid Ağakişiyev Cəlal oğlu rəhbərlik edəcək. O, sözügedən vəzifədə Adil Vəliyev Məmməd oğlunu əvəz edib.

Rəşid Ağakişiyev 2022-ci ilin may ayından SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

Neft-qaz sənayesində zəngin təcrübəyə malikdir.

Belə ki, 2003-cü ildən etibarən o bu sahədə fəaliyyətdə olan şirkətlərin rəhbərliyində çalışıb. Bu şirkətlərə "Det.Al", "Prokon" MMC, "SOCAR Construction" kimi şirkətləri aid etmək olar.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin