“Sabah” autsayderə məğlub oldu

18:38 - 22 Dekabr 2023

“Sabah” autsayderə məğlub oldu

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

 

Manset.az-ın məlumatına görə, 2023-cü ilin son turunun ilk oyunu Qəbələdə keçirilib.

Şəhərin eyni adlı komandası “Sabah”ı qəbul edib. Uğursuz mövsüm keçirən Bakı klubu autsayderə qarşı səfər görüşündə də məğlub olub. Qarşılaşmanın taleyini 1 qol həll edib. Murad Musayevin 45+2-ci dəqiqədə başla vurduğu qol “qırmızı-qaralar”a 1:0 hesablı qələbə qazandırıb. Qonaqların heyətində Anatoli Nuriyev ikinci hissədə penaltini qola çevirə bilməyib.

Bununla da sonuncu pillədə yer alan “Qəbələ” xallarının sayını 14-ə yüksəldib və 9-cu yerdəki “Kəpəz”ə çatıb. “Sabah” isə 22 xalla 7-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları dekabrın 23-24-də keçiriləcək.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin