Fred niyə qırmızı vərəqə aldı? - Baş hakimin oyun sonrası hesabatı üzə çıxdı

11:41 - 22 Dekabr 2023

Fred niyə qırmızı vərəqə aldı? - Baş hakimin oyun sonrası hesabatı üzə çıxdı

Dünən "Fənərbağça"nın 4-3 hesabı ilə qalib gəldiyi "Kayserispor" matçının sonunda futbolçu Fred hakimə etdiyi etirazlardan sonra birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Fənərbaxça" liqada "Qalatasaray"la matçda meydana çıxa bilməyəcək braziliyalı futbolçuya kartın haqsız olaraq göstərildiyini bildirib və Fredə qırmızı vərəqə göstərən hakim Zorbay Küçüyə etiraz edib.

Matçın baş hakimi Zorbay Küçük isə oyundan sonrakı hesabatında Fredin "Why are you giving faul? F*cking stupid referee” dediyini yazıb.

Fredin "Fənərbaxça" rəsmilərinə qırmızı vərəqə aldığı mövqe ilə bağlı yalnız "This is stupid faul" dediyini dediyi öyrənilib.

Məsələ ilə bağlı “Fənərbaxça” Klubu Peşəkar Futbol İntizam Şurasının qərarı ilə Arbitraj Şurasına müraciət etmək qərarına gəlib. Dodaq oxuyan mütəxəssis rəyinin “Fənərbaxça”nın ərizə faylına əlavə ediləcəyi öyrənilib. Fənərbaxçanın etirazından sonra Arbitrajdan gələn qərara görə, Fredin derbidə oynayıb-oynamayacağı məlum olacaq.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin