Əbubakardan imtina edən "Beşiktaş" formanı bu futbolçuya geyindirir

17:43 - 19 Dekabr 2023

Əbubakardan imtina edən

Bir müddət əvvəl heyətdən kənarlaşdırılan və ara transfer dövründə Vincent Abubakarla yollarını ayırmağa hazırlaşan "Beşiktaş" hücumçu axtarışlarına başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, menecerlər vasitəsilə Abubakarın yerinə alman ulduz Timo Verner "Beşiktaş"a tövsiyə olunub.

Rəhbərliyin təcrübəli futbolçunu dəyərləndirdiyi bildirilib.

Alman ulduz 2020-ci ildə 53 milyon avroya "Leyptsiq"dən "Çelsi"yə transfer olunsa da, Premyer Liqada istədiyini çatdıra bilməyib və ötən mövsüm 20 milyon avroya keçmiş komandası "Leyptsiq"ə qayıdıb.

Timo Werner

Əfsanə

Manşet.az

 


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin