"Mançester Yunayted"dən 60 ilin ən pis startı

12:22 - 2 Noyabr 2023

İngiltərənin "Mançester Yunayted" futbol klubu son altmış ildə mövsümə ən pis start verib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "OptaJoe" məlumat yayıb.

"Mançester Yunayted" 1962-1963 mövsümündən bəri ən pis startını keçirir. Erik Ten Haqın başçısı olduğu klub mövsümün ilk 15 matçının 8-də məğlub olub.

1962-1963-cü il mövsümündə isə "Mançester Yunayted" mövsümün ilk 15 görüşündən 9-da uduzub.

Qeyd edək ki, noyabrın 1-də İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Nyukasl"a 0:3 hesabı ilə məğlub olmuş "qırmızı şeytanlar" turnirdəki iştirakını başa vurub.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin