Neymar 10 ay meydandan uzaq qalacaq

20:27 - 1 Noyabr 2023

Neymar 10 ay meydandan uzaq qalacaq

Braziliya millisinin futbolçusu Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvaya qarşı keçirdikləri oyunda aldığı zədə səbəbindən 10 ay meydanlardan uzaq qalacaq.

 

Manset.az xəbər verir ki, 31 yaşlı hücumçu sabah dizindən əməliyyat olunacaq. Əməliyyatın yaxşı keçəcəyi təqdirdə belə onun 2024-cü ilin sentyabrından əvvəl meydanlara qayıda bilməyəcəyi bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl Hilal” klubuna 90 milyon avroya transfer olunan forvard yeni komandasında 5 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin