Azərbaycanın bu rayonlarına qar yağacaq - Sabahın havası
5 May 2024
20:11 - 2 İyun 2023
Ukrayna müdafiə naziri Aleksey Reznikov amerikalı həmkarı Lloyd Ostin ilə görüşüb.
Manset.az xəbər verir ki, bu barədə Reznikov özünün "Twitter" hesabında məlumat yayıb.
O qeyd edib ki, hər iki dövlət Ukraynanın qələbəsini və Avropada sülhün bərpasını təmin etmək üçün fəaliyyətini davam etdirir.
Reznikov amerikalı həmkarı və böyük dostu ilə görüşməkdən şad olduğunu bildirib.
"Ukrayna-ABŞ tərəfdaşlığı güclüdür. Biz Ukraynanın qələbəsini təmin etmək və Avropada sülhü bərpa etmək üçün çalışmaqda davam edəcəyik", - nazir vurğulayıb.
Digər xəbərlər
Ən son xəbərləri səhifəmizdən də izləyin