“Sürücüsü evə girəndə Azər Paşa Nemətovun yerə yıxıldığını görüb”

12:45 - 10 Aprel 2023

“Sürücüsü evə girəndə Azər Paşa Nemətovun yerə yıxıldığını görüb”

Xalq artisti Rafiq Əzimov Xalq artisti Azər Paşa Nemətovun ölümündən danışıb.

 

Manset.az xəbər verir ki, aktyor Baku.ws-ə bildirib ki, rejissorun vəfatını dəqiqləşdirmək üçün həmkarı Hacı İsmayılovla evinə gediblər:

“Azər Paşa özünü pis hiss edən zaman Mehman adlı sürücüsünə zəng edib, vəziyyətinin yaxşı olmadığını deyib. Ondan evə gəlməsini xahiş edib, qapını da açıq qoyub. Sürücüsü evə girəndə görüb ki, Azər Paşa qonaq otağında yerə yıxılıb”.

O, Nemətovun bir müddət əvvəl onurğasından zədə aldığını və əməliyyat olunduğunu qeyd edib: “Biz onun bu cür ölümünü gözləmirdik. Onurğasından böyük əməliyyat keçirmişdi. Əməliyyat uğurlu olmuşdu, özünü gümrah hiss edirdi”.

Qeyd edək ki, A. P. Nemətov ötən gün 75 yaşında dünyasını dəyişib. 1947-ci ildə Bakı şəhərində anadan olan Xalq artisti yaradıcılığı boyunca yüzdən artıq tamaşaya quruluş verib.

O, 2016-cı ilin yanvarın 6-dan ölümünə qədər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsində çalışıb.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin