Sahibkarlarla növbəti görüş Ağsuda keçiriləcək

11:50 - 10 Aprel 2023

Sahibkarlarla növbəti görüş Ağsuda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

 

Manset.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası çərçivəsində KOBİA nümayəndəsinin iştirakı ilə sahibkarlarla Ağsu rayonunda görüşü təşkil olunacaq.

Aksiya Ağsu şəhəri, Bayraq Meydanında baş tutacaq. “Səyyar qəbul otağı” aprel ayının 12-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin