Sirkə içən 2 nəfər VƏFAT ETDİ

09:42 - 10 Aprel 2023

Sirkə içən 2 nəfər VƏFAT ETDİ

Bakıda sirkə turşusu içərək intihara cəhd edən şəxs Kliniki Tibbi Mərkəzdə vəfat edib.

 

Manset.az xəbər verir ki, aprelin 7-də yaşadığı evdə sirkə turşusu içən 1987-ci il təvəllüdlü A.Hacıyev bu gün saat 05:30 radələlərində Mərkəzin Toksikologiya şöbəsində ölüb.

Oxşar hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsində də baş verib. Qəsəbədəki Gənclər şəhərciyində yaşayan 2000-ci il təvəllüdlü G.Məmmədova evdə xeyli miqdarda sirkə turşusu içərək özünü zəhərləyib. 20 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin