Naxçıvanda yol qəzası - Yaralanan var

23:44 - 18 Mart 2023

Naxçıvanda yol qəzası - Yaralanan var

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, şəhərin Əziz Əliyev prospektində avtomobil, yolu keçən qızı vurub.

Xəsarət alan 1996-cı il təvəllüdlü Naxçıvan şəhər sakini Fidan Cəfərli Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin