Prezident İlham Əliyev Almaniyada işgüzar səfər etdi - FOTO
26 Aprel 2024
17:55 - 20 Fevral 2023
“Sevdiklərini itirən ailələrə hüznlə başsağlığımı verirəm. Türkiyə və Suriya həqiqətən də çox dəhşətli zəlzələ fəlakəti yaşadı”.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu ATƏT-in Baş katibi Helqa Maria Şmid fevralın 20-də Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ATƏT sədri Bujar Osmani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O, ATƏT-in Türkiyəyə lazım olan bütün dəstəyi göstərməkdə olduğunu vurğulayıb.
“Münhen Təhlükəsizlik Konfransından gəlirəm. Orada da son dərəcə önəmli dəstək mesajları verildi. Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan və Ermənistan liderləri ilə birlikdə idik. Hamımız bu faciə qarşısında birliyin və dəstəyin vacibliyini vurğuladıq”, - deyən ATƏT-in Baş katibi Türkiyənin yanında olmağa davam edəcəklərini bildirərək sözlərini yekunlaşdırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin