Ukrayna ordusu Soledarı tərk etdi

17:29 - 25 Yanvar 2023

Ukrayna ordusu Soledarı tərk etdi

Ukraynanın Müdafiə Qüvvələri Donetsk vilayətinin Soledar şəhərini tərk edərək əvvəldən hazırlanmış mövqelərdə möhkəmlənib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşun Qrupunun nümayəndəsi Sergey Çerevatı məlumat verib.

O, belə bir qərarın ukraynalı hərbçilərin həyatını xilas etmək məqsədilə verildiyini izah edib.

"Şəxsi heyətin həyatını xilas etmək üçün Müdafiə Qoşunları Soledardan geri çəkilərək əvvəlcədən hazırlanmış müdafiə xətlərində möhkəmləniblər. Soledarın müdafiəçiləri düşmənin 3-5 dəfə üstünlüyünə baxmayaraq, öz mövqelərində əsl şücaət göstəriblər. Onlar düşmənə şəxsi heyətdə böyük itkilər veriblər, bu da iki çeçen müharibəsində təcavüzkarın itkiləri ilə müqayisə edilə bilər", - deyə Çerevatı vurğulayıb.

Onun sözlərinə görə, ukraynalı hərbçilər qarşıya qoyulmuş tapşırığı yerinə yetirib, düşmənin Donetsk istiqamətində cəbhəni yarmasına imkan verməyiblər.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə Rusiya qüvvələrini gücdən salmağa nail olub.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin