SON DƏQİQƏ! Azərbaycanın tanınmış generalı vəfat etdi
26 Aprel 2024
10:30 - 18 Yanvar 2023
Tərtərdə hamilə qadın qəfil ölüb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hüsənli kəndində yaşayan 1995-ci il təvəllüdlü, 29-30 həftəlik hamilə Türkanə Əsədovanın evdə halı qəfil pisləşib və o, mətbəxdə vəfat edib.
Bildirilib ki, T.Əsədova yeni ailə həyatı qurubmuş və epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. O, dünən mətbəxə çay gətirməyə gedib və ailə üzvləri Türkanənin qayıtmamasını görüncə onun ardınca mətbəxə daxil olublar. Bu zaman T.Əsədovanın mətbəxdə olarkən epileptik tutma nəticəsində artıq vəfat etməsi məlum olub.
Qeyd olunan faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, yanvarın 15-də Göyçayın Çərəkə kəndində də 8 aylıq hamilə qadın qəfil vəfat edib. İlkin məlumata görə, o, evin həyətində yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin