Sabahın havası AÇIQLANDI

12:43 - 16 Yanvar 2023

Sabahın havası AÇIQLANDI

Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. 

 

Bu barədə Manset.az-a Milli Hiderometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin