Nazir generalı yeni vəzifəyə təyin etdi

16:10 - 13 Yanvar 2023

Nazir generalı yeni vəzifəyə təyin etdi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olunub.

 

Manset.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə sözügedən vəzifəyə polis general-mayoru Sərdar Səfərov gətirilib.

Qeyd edək ki, S.Səfərov buna qədər Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olub.

Məlumatı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiqləyiblər.

Qeyd edək ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin əvvəlki rəisi, polis general-mayoru Oqtay Kərimov bir müddət əvvəl vəzifəsindən azad olunaraq nazir müavini təyin edilib.

Xəbəri ilk olaraq APA yayıb.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin