Prezident İlham Əliyev Almaniyada işgüzar səfər etdi - FOTO
26 Aprel 2024
12:12 - 10 Yanvar 2023
İran parlamentinin sədri Məhəmməd Bəkir Kalibaf İranla Azərbaycan arasında son zamanlar müəyyən anlaşılmazlıqların olduğunu, lakin iki ölkə arasında aparılan danışıqlar nəticəsində bu problemlərin aradan qalxdığını bildirib.
Manset.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, Kalibaf bildirib ki, İran, Azərbaycan və Türkiyə parlamentarilərinin üçtərəfli görüşü zamanı üç ölkə arasında enerji nəqli və tranziti ilə bağlı məsələlər müzakirə olunub.
Şimal-Cənub və Şərq-Qərb tranzit marşrutları üçün Türkiyə və Azərbaycanla danışıqlar aparıldığını bildirən Kalibaf, “Xarici işlər və müdafiə nazirləri ilə nəqliyyat, tranzit və ticarət üzrə liderlər səviyyəsində üçtərəfli görüşlərin və danışıqların aparılması qərara alınıb” – deyib.
Kalibaf son vaxtlar Tehran və Bakı arasında gərgin münasibətlərə işarə edərək, "Son zamanlar Azərbaycan Respublikası ilə də bəzi anlaşılmazlıqlar aradan qalxıb” – deyə əlavə edib.
Yaxın vaxtlarda Bakıya səfər edəcəyini qeyd edən Kalibaf iki ölkə arasında danışıqların davam etdirilməsinə qərar verildiyini bildirib.
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin