ABŞ bundan sonra “Turkey” deyil, “Türkiyə” deyəcək

22:54 - 6 Yanvar 2023

ABŞ bundan sonra “Turkey” deyil, “Türkiyə” deyəcək

ABŞ Dövlət Departamenti sənədlərdə Türkiyənin adının yazılışını dəyişib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu bardə Departament rəsmiləri bildirib.

Belə ki, bundan sonra Türkiyə “Turkey” deyil, “Turkiye” kimi yazılacaq, lakin tələffüz dəyişməyəcək.

Qeyd edək ki, yanvarın sonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Vaşinqtona səfəri nəzərdə tutulur.

Səfər çərçivəsində XİN rəhbəri Ankaranın Ukrayna böhranı, Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mövqeyini müzakirə edəcək.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin