Bu ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

12:06 - 6 Yanvar 2023

Bu ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Şuşa, Kəlbəcər və Laçının hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, yanvarın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Lakin gecəyə doğru arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 2°-dək isti olacaq.

Yanvarın 8-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-4° şaxta olacaq.

Yanvarın 9-da arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° şaxta, gündüz 3-5° şaxta olacaq.

Şuşa, Kəlbəcər, Laçında - yanvarın 7-dən 8-nə keçən gecədən başlayaraq 12-dək hava şəraitinin dəyişəcəyi, arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Qərb küləyinin sürəti 5-10 m/s, arabir 15 m/s olacaq.

Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 5-7° şaxta olacaq.

Yollar buz bağlayacaq.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin