Putin və Bayden arasında gərginlik - ABŞ sərhədində YENİ HƏYƏCAN

11:04 - 6 Yanvar 2023

Putin və Bayden arasında gərginlik - ABŞ sərhədində YENİ HƏYƏCAN

ABŞ və Rusiya arasında yeni gərginlik yaranıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya ilə ABŞ arasında raket gərginliyi var. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedev bildirib ki, 1000 kilometr mənzilli "Tsirkon" hipersəs raketləri daşıyan "Admiral Qorşkov" freqatı ABŞ-ın Potomak çayı yaxınlığında yerləşdirilə bilər. Bu açıqlama 1962-ci ildə dövrün iki fövqəldövləti olan ABŞ və Sovet Rusiyasının müxtəlif ölkələrdə bir-birinə qarşı raketlər yerləşdirməsini yada salıb.

ABŞ administrasiyasının nasist Almaniyasının təbliğatına cavabdeh olan nazir Cozef Göbbelsin "əsl varisi" olduğunu qeyd edən Medvedev, "Yeni il üçün əsas hədiyyə (Admiral Qorşkov freqatı) dünən Tsirkon raketləri ilə NATO sahillərinə getdi. Potomak çayının yaxınlığında, sahildən 100 mil məsafədə, siz sevinə bilərsiniz! Bu, Rusiya və onun müttəfiqləri üçün təhlükə yaradanların ağlını başına gətirəcək" deyib.

 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin