"Vardanyanın baş rolda oynadığı tamaşaların ssenarisinin Kremldə yazıldığı heç kimə sirr deyil" - Aydın Hüseynov

10:25 - 13 Dekabr 2022

Rusiya sülhməramlılarının məramı təxribatlara şərait yaratmaqla gərginlik artırmaqdır.

Qarabağda Rusiya sülhməramlılarının himayəsində baş verən təxribatlar artıq sistematik hal alıb. Azərbaycanın ekoloqlardan ibarət monitorinq qrupuna müxtəlif vasitələrlə əngəl törətmək cəhdləri fonunda yaranan gərginliyin və onun mümkün nəticələrinin məsuliyyəti bir başa sülhməramlıların üzərinə düşür.

Birincisi ona görə ki, həmin ərazilər müvəqqəti də olsa Rusiya sülhməramlılarlnın məsuliyyət zonasıdır. İkincisi, Rusiyanın özünün də imzaladığı üçtərəfli bəyannaməyə görə orada heç bir əlisilahlı erməni qalmamalı idi. Əgər törədilən təxribatlara silah işlənsə bunun cavabını Rusiya sülhməramlıları verməlidir.

Rusiya sülhməramlıları üçtərəfli bəyannamədə nəzərdə tutulan missiyasını yerinə yetirməməsi azmış kimi bunun tam əksinə yönəlmiş fəaliyyətlə məşğuldur. Görünür Moskva gərginliyi artırmaqla sülhməramlıların guya buradakı missiyasının zəruriliyini göstərmək istəyir.

Hətta Vardanyan kimi Kreml kuklalarının dili ilə missiyanın fəaliyyət müddətinin uzadılması məsələsini gündəmə gətirir.

Sülhməramlılar müvəqqəti olduqları ərazilərin Azərbaycana məxsus olduğunu unutmamalı, ona görə davranmalıdırlar. Artan gərginlik, nə sülhməramlıların özlərinə nə də himayə etdikləri separatçılara yaxşı heç nə vəd etmir

 

Aydın Hüseynov

Millət vəkili


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin