Buzovnada 3 nəfəri öldürən şəxsdən - Yeni xəbər

19:13 - 3 Dekabr 2022

Buzovnada 3 nəfəri öldürən şəxsdən - Yeni xəbər

Noyabrın 29-da Buzovna qəsəbəsində bir ailədən 3 nəfəri qətlə yetirən, daha bir nəfəri yaralayan 1976-cı il təvəllüdlü Səfərov Nofəl Səfər oğlu barəsində istintaq müddəti üçün məhkəmə qərarı çıxarılıb.

 

Manset.az xəbər verir ki, keçmiş həyat yoldaşənın babası, nənəsi və dayısını öldürən şəxs barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3-ci maddələri ilə ittiham irəli sürülüb.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı “Qafqazinfo”ya təsdiq ediblər.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin