Prezident İlham Əliyev Almaniyada işgüzar səfər etdi - FOTO
26 Aprel 2024
14:20 - 5 Oktyabr 2022
Rusiyanın nüvə silahından istifadə etmə ehtimalına qarşı Ukrayna hakimiyyəti öz vətəndaşlarına yod həbləri paylamağa başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nüvə silahının istifadə edilməsi ehtimalına qarşı Kiyevdəki təxliyə mərkəzlərinin ətrafındakılara yod həbləri paylanacaq.
Paylanmayan ərazilərdə yaşayan vətəndaşlara da hər ehtimala qarşı yod həblərindən istifadə etmələri bildirilib.
Yod həbləri bir insanın nüvə radiasiyasına məruz qalmasından dərhal əvvəl və ya dərhal sonra qəbul edilir. Yod həblərinin zərərli şüaların qalxanabənzər vəz tərəfindən udulmasının qarşısını almağa kömək etdiyi bildirilir.
SSRİ dövründə Çernobıl faciəsində ətraf rayonlarda yaşayanlara yod həbləri verilirdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin