SON DƏQİQƏ! Azərbaycanın tanınmış generalı vəfat etdi
26 Aprel 2024
13:55 - 18 May 2022
Rusiyanın Mariupolda “Azovstal”a hücumları zamanı əsir götürdüyü hərbçilər arasında ABŞ Xüsusi Əməliyyat Qüvvələri keçmiş komandanlarından admiral Erik Tor Olsonun da olması haqqında iddia səsləndirilib.
Manset.az xəbər verir ki, bu haqda terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar özünün rəsmi Tvitter səhifəsində yazıb.
“Doğrusa, böyük səs-küy qopar! Öldürülən rus generalına qarşı əsir alınan ABŞ generalı!
Tam bir generallar savaşı! Tam bir müzakirə-bazarlıq mövzusu!”, - Ağar qeyd edib.
Xatırladaq ki, ötən gün “Azovstal” zavodunda müqavimət göstərən ukraynalı əsgərlərin təslim olmasından sonra sözügedən foto yayılıb. Halbuki bu foto 17 aprel və 2 may tarixlərində - iki dəfə - bir neçə ukraynalı hərbçinin ruslara əsir düşməsi zamanı yayılmışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin