Kəlbəcərdə hərbçimiz minaya düşdü - Düşmən TƏXRİBATI

10:47 - 20 Aprel 2022

Kəlbəcərdə hərbçimiz minaya düşdü - Düşmən TƏXRİBATI

Kəlbəcərdə ermənilərin basdırdığı mina partlayıb.

 

Manset.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün rayonun Ağcakənd kəndi istiqamətində, günorta saatlarında baş verib.

Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda dislokasiya edilmiş hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu Ayxan Camalzadə mühəndis-istehkam fəaliyyəti zamanı minaya düşüb.

O, ayaq nahiyəsindən xəsarət alıb və hərbi hospitala aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Kəlbəcərdəki hadisə ilə bağlı cinayət işi açılıb:

"Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb".


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin