Berbok Bakıda, görün, nələrlə məşğuldur – İnanılmaz
23 Noyabr 2024
13:54 - 13 İyul 2021
İyulun 12-də Bakının Binəqədi rayonunda yeniyetmənin törətdiyi qətl hadisəsinin təfərrüatı məlum olub.
Manset.az xəbər verir ki, "Report"un çəkiliş qrupu hadisə baş verən ərazidə olub.
Hadisə 16 yaşlı Bəhruz Mehrəliyevin əmisinin vəfatının ildönümü münasibətilə keçirilən yas mərasimi zamanı baş verib.
Belə ki, həmin gün B.Mehrəliyevin ötən il koronavirusdan dünyasını dəyişən əmisi Bəhrəm Mehrəliyevin il mərasimi keçirilib. Elnar Qədimov da mərasimdə iştirak edib. Qətl hadisəsi saat 21 radələrində qətl hadisəsi baş verib.
Qonşuları "Report"un əməkdaşına bildirib ki, Mehrəliyevlər ailəsi 10 ildən artıqdır burada yaşayırlar. Onların sözlərinə görə, qətlə yetirilən E.Qədimov bir müddət Bəhruzgilin evində usta işləyib.
B.Mehrəliyevi tərbiyəli bir oğlan kimi tanıdıqlarını bildirən qonşuları deyib ki, onlar ailədə iki bacı və bir qardaşdırlar:
"Bəhruzun anası da çox sakit, mülayim qadındır. İşləyir deyə qonşuları onu yaxından tanımır. Bəhruzun iki balaca bacısı var. Atası da sağdır. Əslən gürcüstanlıdırlar".
Qeyd edək ki, iyulun 12-də Binəqədi rayonunda 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyev ilə tanışı, 1990-cı il təvəllüdlü Elnar Qədimov arasında mübahisə düşüb. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib və yeniyetmə üzərində gəzdirdiyi bıçaqla Elnar Qədimova xəsarət yetirib.
Hadisə nəticəsində Elnar Qədimov yerindəcə ölüb.
İddia edilir ki, mübahisəyə səbəb Elnar Qədimovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin