Şəkidə minik avtomobili aşdı - 2 nəfər xəsarət aldı

00:21 - 21 Aprel 2024

Şəkidə minik avtomobili aşdı - 2 nəfər xəsarət aldı

Rayonun Sarıca kənd sakini, 49 yaşlı İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, qəza zamanı sürücü İ.Əliyev və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin