Bakıda altıotaqlı evdə yanğın oldu

23:00 - 7 Aprel 2024

Bakıda altıotaqlı evdə yanğın oldu

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağında 1 ədəd çarpayı və 1 ədəd dolab yanıb.

 

Manset.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin