"Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi" - Gövhər Rzayeva (VİDEO)

16:24 - 25 Mart 2024

"Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlu qətlə yetirdi. Səbəb isə əmisinin sahib olduqlarını ələ keçirmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitini Dnepr çayına atmışdılar. Hərdən görürsən ki, dünya malı da insanın özünə düşmən olur".

 

Manset.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Həftənin qonağı" verilişində olarkən bildirib. Sənətçi kürəkəninin qətlə yetirilməsindən danışıb:

"Ülkər qətlə yetirilən ərindən dünyaya uşaq gətirdi. Onun bir oğlan övladı oldu. Amma bağırsaq keçməzliyi var idi. O bir müddət xəstəxanada qaldı. Uşaq bir müddət sonra vəfat etdi. Elə bil ki, kürəkənimin 40 mərasimi keçirilən gün nəvəmin çantanın içində meyitini evə gətirdilər".

Ətraflı videoda:


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin