Tanınmış aktyorun son halı: taksi sürücüsü işləyir - VİDEO

22:40 - 12 Mart 2024

Tanınmış aktyorun son halı: taksi sürücüsü işləyir - VİDEO

“Hərdən evə yorğun gələndə deyirəm ki, axı mən indi çəkilişdən gəlməli idim. Amma bir az hörmətim qalıb, onu da çəkilişlərdə itirmək istəmirəm”.

 

Manset.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində taksi sürücüsü kimi də çalışan aktyor İlyas Əhmədov deyib.

Kirayədə yaşayan aktyor taksi fəaliyyətinə necə başlamasından danışıb: “Teatrdan 3-4 il uzaqlaşmalı oldum. Kreditlərim var idi. Borclarım yığılıb qalmışdı. İşləyib onları ödəməyə çalışıram”.

O, Azərbaycan seriallarında çəkilməməsinin səbəbinə də aydınlıq gətirib: “Teatrda işim çoxdur. Həm də taksi ilə başım dincdir. Seriallarda çəkilmək üçün verilən pul azdır. Həm də gərək yaltaqlıq edəsən”.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin