Azərbaycanda səhiyyə naziri istefa verdi - FOTO

11:11 - 31 Oktyabr 2022

Azərbaycanda səhiyyə naziri istefa verdi - FOTO

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov istefa ərizəsi yazıb.

 

Manset.az xəbər verir ki, bu haqda məlumatı ovqat.com saytı yayıb.

Xəbərə görə, nazir ərizəsində işdən çıxmaq səbəbini səhhətində yaranan problemlərlə əlaqələndirib.

Amma sayt nazirin bu addımının əsas səbəbinin Naxçıvan MR-nın Səhiyyə Nazirliyində başlayan yoxlamalarla əlaqələndirib. Xəbərdə nazirin ərizəsinin qəbul olunmadığı qeyd edilir:

“Müfəttişlər Niyazi həkimə «xəstələnməyə» hələ tələsməməsini və yoxlamaların nəticəsini gözləməsini məsləhət görüblər. Əgər o, bu təftişdən "salamat" çıxa bilsə, istefa ərizəsini yazıb-yazmamağa özü qərar verə bilər”.

Sayt nazirlikdə qanunsuzluqlar aşkarlandığını, ən çox şübhə doğuran məqamın isə sağlamlıq sığortası ilə bağlı olduğunu iddia edir.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin