"Liverpul"da ciddi itki

08:00 - 10 Yanvar 2024

"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Manset.az  Britaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun İngiltərə kubokunun 1/32 finalında "Arsenal"la oyunda (0:2) zədələnməsidir.

Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp futbolçunun durumu ilə bağlı deyib: “Son oyun zamanı Trent dizindən zədə aldı. Onun diz bağında kiçik yırtıq var və bunun sağalması üçün vaxt lazımdır. Bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bir az dincələcək və ümid edirəm ki, əvvəlki səviyyəsinə qayıda biləcək. Onun üçün çox darıxacağıq”.

Qeyd edək ki, Aleksander-Arnold bu mövsüm  bütün yarışlarda 25 matçda iştirak edib, 2 qol vurub və 9 qolun ötürməsini verib.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin