Yaponiya HƏMAS-ın 3 liderinə sanksiya tətbiq etmək qərarına gəldi

17:58 - 26 Dekabr 2023

Yaponiya HƏMAS-ın 3 liderinə sanksiya tətbiq etmək qərarına gəldi

Yaponiya Nazirlər Şurasının qərarı ilə HƏMAS-ın üç yüksək rütbəli liderinə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin katibi Yoşimasa Hayaşi məlumat verib.

Hayaşi adlarını çəkmədən bu gün verdiyi açıqlamada, 7 oktyabr hücumlarında əli olduğu güman edilən üç yüksək səviyyəli Həmas liderinin aktivlərinin dondurulmasına, onların ödənişi və kapitalına sanksiya tətbiq edilməsinə qərar verildiyini açıqlayıb.

Oktyabrın 31-də Yaponiya 9 nəfərə və bir şirkətə HƏMAS-a bağlı olduqlarını əsas gətirərək sanksiyalar elan edib.

Bu ayın əvvəlində Yaponiya da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Qəzzada "dərhal humanitar atəşkəs" tələb edən qətnaməsini dəstəkləyib və lehinə səs verib.

İsrailin xarici işlər naziri Eli Koen Yaponiyanın bu günki sanksiyalar qərarını alqışladıqlarını və “Yəhya Sinvar, Məhəmməd Deif və Mərvan İsanın da olduğu üç yüksək səviyyəli üzv” deyib.

Əfsanə

Manşet.az


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin