Həbsxanadakı Putinin müxalif Navalnidən xəbər var

17:24 - 26 Dekabr 2023

Həbsxanadakı Putinin müxalif Navalnidən xəbər var

Rusiyada həbsdə olan və dekabrın 6-dan bu yana ondan xəbər alınmayan Putin tənqidçisi Aleksey Navalninin Şimal qütbünə yaxın Yamal yarımadasındakı həbsxanada olduğu açıqlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Navalni özünün təsdiqlənmiş sosial media hesabında Arktika Dairəsinin içində yaşadığını bildirərək özünü Şaxta baba ilə müqayisə edib.

Navalni dekabrın 6-da saxlandığı Rusiyadakı başqa həbsxanaya göndərilib və vəkilləri Rusiya müxalifətinin yerini bilmədiklərini açıqlayıblar.

Navalninin mətbuat katibi Kira Yarmış dünən Navalninin tapıldığını açıqlayaraq, "Aleksey Navalnini tapdıq. O, hazırda Yamal-Nenets Muxtar Vilayətinin Xarp qəsəbəsində İK-3-dədir. Bu gün vəkili onu ziyarət edib. Alekseyin vəziyyəti yaxşıdır" deyib.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin